07/05/2022
16:51
1698
| A A A
Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Goal.az xəbər verir ki, final oyununda “Araz-Naxçıvan” və EKOL komandaları üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma Naxçıvan təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Araz Naxçıvan" tarixində 16-cı dəfə ölkə çempionu adını qazanıb.

Bürünc medal uğrunda görüşdə isə “Neftçi” İK “Baku Fire” kollektivini 6:2 hesabı ilə üstələyib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI