Niderlandlı futbolçu onkoloji xəstəliyə görə karyerasını dayandırıb
Hertha klubunun futbolçusu Jan Pol-Boetyus karyerasını dayandırıb.
Goal.az xəbər verir ki, buna 28 yaşlı yarımmüdafiəçidə onkoloji xəstəliyin aşkarlanması səbəb olub.
Qeyd edək ki, Jan Pol-Boetyus cari ilin yayında azad agent kimi Hertha-ya keçib. Niderlandlı oyunçu daha əvvəl Mainz-da çıxış edib. (report)