02/10/2022
19:59
2014
| A A A
"Formula 1": Sinqapur Qran Prisinin qalibi bəlli olub

Marina Bey avtodromunda keçirilən "Formula 1" üzrə Sinqapur Qran Prisinin qalibi bəlli olub.

Goal.az xəbər verir ki, "Red Bull"un pilotu Serxio Peres bütün rəqiblərini qabaqlayıb.

Finişə ikinci sırada "Ferrari"dən Şarl Lekler çatıb. Onun komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.

Çempionatın hazırkı lideri "Red Bull"dan Maks Ferstappen yeddinci yerlə kifayətlənib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI