Ajax-da ayrılıq
Ajax baş məşqçisi Alfred Şrederi istefaya göndərib.
Goal.az xəbər verir ki, Holland mütəxəssis 2022-ci ilin iyulun 1-də bu vəzifəyə gətirilmişdi. Onun rəhbərliyi altında komanda bütün turnirlərdə 25 oyun keçirib, 12 qələbə qazanıb, 6 heç-heçə edib, 7 görüşdə isə məğlub olub. Hazırda Ajax daxili çempionatda 18 oyundan 34 xalla 5-ci yeri tutur.