05/12/2020
16:29
681
| A A A
"Tokio-2020"nin təxirə salınma xərcləri açıqlandı

"Tokio 2020" Təşkilat Komitəsi və Yaponiya hökuməti Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması üçün tələb olunan məbləği razılaşdırıb.

Goal.az xəbər verir ki, bu, 294 milyard ien (təqribən 2,8 milyard ABŞ dolları) təşkil edir.

Məbləğin 96 milyard ieni (923 milyon ABŞ dolları) yarışlarda yeni koronavirusa yoluxmaların qarşısını almaq üçün tədbirlərin görülməsinə sərf olunacaq. Xərclərin böyük hissəsini - 120 milyard ieni (təqribən 1,1 milyard ABŞ dolları) Yaponiya paytaxtının rəhbərliyi öz üzərinə götürəcək. Qalan hissəni - 103 milyard ieni (təqribən 990 milyon ABŞ dolları) Təşkilat Komitəsi, 71 milyard ieni (682 milyon ABŞ dolları) Yaponiya hökuməti ödəyəcək.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin olimpiada koronavirus pandemiyası ilə əlaqədar 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb. Bununla belə, Oyunların "Tokio-2020" adı saxlanılıb.(report)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19862 səs