08/08/2022
11:48
2141
| A A A
Rapid Neftçi ilə oyundan öncə xal itirib

Neftçi-nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Rapid klubu Avstriya Bundesliqasında növbəti oyununu keçirib.

Goal.az xəbər verir ki, Vyana təmsilçisi III turda Lustenau Austria-sını qəbul edib. "Alyants" stadionunda oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Meydan sahiblərindən 21-ci dəqiqədə Qvido Burqştaller, qonaqlardan isə 70-ci dəqiqədə Stefano Surdanoviç fərqləniblər. 57-ci dəqiqədə paytaxt klubundan Ante Bayiç ikinci sarı vərəqəni alaraq. meydandan qovulub.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Rapid 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, avqustun 11-də Vyanada keçiriləcək Rapid - Neftçi matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bakıdakı ilk görüş "ağ-qaralar"ın qələbəsi ilə başa çatıb - 2:1. (report)