08/08/2022
15:18
1855
| A A A
Qarabağ-ın iki hücumçusu yubiley qoluna imza atıb

Musa Qurbanlı və Ramil Şeydayev Qarabağ-ın formasında Azərbaycan Premyer Liqasında yubiley qollarına imza atıblar.

Goal.az xəbər verir ki, hər iki hücumçu Ağdam təmsilçisinin heyətində qollarının sayını 10-a çatdırıb.

Bu, çempionatın I turunda gerçəkləşib. Səbail üzərində 3:1 hesablı qələbə zamanı hesabı açan Qurbanlı 10-cu qolunu 21-ci oyununda vurub. Dubl müəllifi olan Şeydayev isə Qarabağ-dakı 41-ci çempionat görüşündə bunu bacarıb. O, Azərbaycan çempionatında Qarabağ forması ilə ən azı 10 qol vuran 40-cı futbolçu olub. Səbail-lə görüşədək 38 oyunçu bunu bacarmışdı.

Qeyd edək ki, Premyer Liqadakı ümumi qol sayında Şeydayev 16-ya, Qurbanlı 11-ə çatıb. (report)