08/08/2022
16:41
3195
| A A A
Emin Mahmudov Neftçi-də 150-ci oyununu keçirib

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Neftçi-də 150-ci oyununu keçirib.

Goal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının I turuna təsadüf edib.

Şamaxı ilə səfər görüşü paytaxt təmsilçisinin yarımmüdafiəçisi üçün yubiley xarakteri daşıyıb. İkinci hissənin gedişində meydana daxil olan Mahmudov ağ-qara formadakı 150-ci oyununda vurduğu qolla komandasına qələbə qazandırıb – 1:0.

Kapitan Premyer Liqada 118, ölkə kubokunda 12, avrokuboklarda 20 matç keçirib. O, “Neftçi”dəki 150 qarşılaşmada 32 dəfə rəqib qapısına yol tapıb. 

GÜNÜN ƏN ÇOX OXUNANLARI