08/08/2022
17:28
2087
| A A A
Neftçi Gürcüstan millisinin hücumçusunu transfer edib

Neftçi heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, paytaxt təmsilçisi Gürcüstan millisinin hücumçusu Vato Arveladzeni transfer edib.

24 yaşlı forvardla 1+1 illik müqavilə imzalanıb. Arveladze yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Vato Arveladze daha əvvəl ölkəsinin Sasko, Lokomotiv (Tbilisi), Türkiyənin Kasımpaşa, Fatih Karagümrük və Polşanın Corona klublarında çıxış edib.