08/08/2022
22:50
3266
| A A A
Azərbaycan millisinin Dünya Çimərlik Oyunlarındakı rəqibləri bəlli olub

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının İtaliyanın Katanya şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarındakı (Anoc World Beach Games) rəqibləri məlum olub.

Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma Ukrayna və İsveçrə kollektivləri ilə qarşılaşacaq. Oyunların dəqiq tarixləri barədə daha sonra əlavə məlumat veriləcək.

Qeyd edək ki, oyunlar 27 avqust - 5 sentyabrda təşkil olunacaq.

GÜNÜN ƏN ÇOX OXUNANLARI