09/12/2022
13:46
436
| A A A
Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanan yüngül atlet Cill Roberts dopinq testindən keçə bilmədiyi üçün 16 ay müddətinə yarışlardan uzaqlaşdırılıb.

Goal.az xəbər verir ki, bu barədə ABŞ Andidopinq Agentliyi (USADA) məlumat yayıb.

İdmançının mayın 19-da təqdim etdiyi müsabiqədənkənar sidik nümunəsində ostarin və andarin aşkarlanıb.

33 yaşlı amerikalı qadağan olunmuş maddənin onun orqanizminə qida əlavəsi ilə daxil olduğunu sübut edə bilib. Agentlik bunu nəzərə alaraq onu 16 ay müddətinə diskvalifikasiya edib.

C. Roberts 2016-cı ildə ABŞ kişi komandası ilə 4×400 metr məsafəyə qaçışda Olimpiya qızılını qazanıb. (report)