15/08/2017
09:44
7555
| A A A
"Qarabağ" "Kobenhavn"ı qəbul edir

Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsində ilk oyununu keçirəcək.

Goal.az xəbər verir ki,Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan qarşılaşmada Ağdam təmsilçisi Danimarka çempionu “Kobenhavn”i qəbul edəcək.

Son üç mövsümdə Avropa Liqasının qrup mərhələsində mübarizə aparan və yenidən ora vəsiqəni təmin edən “Qarabağ” bununla kifayətlənmək fikrində deyil. 

Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” 1998/99 mövsümünün Kuboklar Kubokunda üz-üzə gəliblər. Həmin vaxt iki oyunun cəmində 0:10 (0:6 və 0:4) hesabı ilə uduzan Ağdam təmsilçisi revanş əzmindədir.

Çempionlar Liqası

“Pley-off” mərhələsi, ilk oyun

15 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Kobenhavn” (Danimarka)

Baş hakim: Paolo Taqliavento

Baş hakimin köməkçiləri: Alessandro Qiallatini, Alessandro Kostanza

Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato

Dördüncü hakim: Filippo Meli (hakimlər briqadası İtaliyadandır)

Hakim-inspektor: Frits Stuçlik (Avstriya)

UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu