11/12/2019
18:49
3109
| A A A
Barcelona ardıcıl 3 mövsüm…

Barcelona Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində İnter-i 2:1 hesabıyla məğlub edib.

Goal.az xəbər verir ki, bununla da, Kataloniya təmsilçisi növbəti dəfə qrup mərhələsini məğlubiyyətsiz başa vurub. 2016-cı ildən bəri turnirin qrup mərhələsində məğlub olmayan komanda, ardıcıl 3 mövsüm bu uğuru təkrarlayıb.

Katalonlar sonuncu dəfə 2016/17 mövsümünün 4-cü turunda, Manchester City-ə 1:3 hesabı ilə məğlub olmuşdu.