19/02/2020
13:06
3096
| A A A
Erlinq Holand Çempionlar Liqasının tarixinə keçdi

Borussia Dortmund-un futbolçusu Erlinq Holand Çempionlar Liqasının tarixinə düşüb.

Goal.az Opta-ya istinadən xəbər verir ki, 19 yaşlı hücumçu 1/8 final mərhələsinin PSG ilə ilk matçında dubl edərək, ÇL-də bu mövsüm vurduğu qolların sayını 10-a çatdırıb. Norveçli futbolçu Çempionlar Liqasında debüt mövsümündə bu qol sayına çatan 5-ci futbolçu olub.

Holanddan əvvəl 1958/59 mövsümündə Fransa Reims-ində Jyust Fonten, 1978/1979-də İsveçrə Grasshopper-ində Klaudio Sulser və 2017/2018-də Liverpool-da Sadio Mane ilə Roberto Firmino bunu bacarıblar.

Xatırladaq ki, Borussia Dortmund Holandın vurduğu qollarla PSG-ni 2:1 hesabıyla məğlub edib.