21/02/2020
12:14
2872
| A A A
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, rəmzi heyətdə öz meydanında Valencia-nı məğlub edən (4:1) Atalanta-dan 4 futbolçu yer alıb. Turnirin son qalibi Liverpool-dan isə heç kim siyahıda yoxdur.

Qapıçı: Peter Qulaçi (Leipzig)

Müdafiəçilər: Renan Lodi, Felipe (Atletico Madrid), Konrad Laymer (Leipzig), Hans Hatebur (Atalanta)

Yarımmüdafiəçilər: Denis Çerışev (Valencia), Saul Niqes (Atletico Madrid), Remo Froyler, Mario Pasaliç, Yosip İliçiç (Atalanta)

Hücumçu: Erlinq Haland (Borussia Dortmund).