02/07/2020
10:00
2894
| A A A
Çempionlar Liqasında 2020/2021 mövsümünün tam təqvimi açıqlandı

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün tam təqvimini təsdiqləyib.

Goal.az xəbər verir ki, "Qarabağ" mübarizəyə avqustun 18/19-da I təsnifat mərhələsindən başlayacaq. Bunadək 8 - 11 avqustda ilkin mərhələnin oyunları keçiriləcək. II təsnifat mərhələsi 25/26 avqustda, III təsnifat mərhələsi 15/16 sentyabrda bir oyunluq sistemlə gerçəkləşəcək. Sentyabrın 22-də pley-off mərhələsinin ilk, sentyabrın 30-da cavab görüşləri təşkil olunacaq.

Qrup mərhələsində 6 tur müvafiq olaraq, 20/21 sentyabr, 27/28 sentyabr, 3/4 noyabr, 24/25 noyabr, 1/2 dekabr və 8/9 dekabrda nəzərdə tutulub.

2021-ci ildə isə bu oyunlar olacaq:

1/8 final

İlk oyunlar - 16/17 fevral və 23/24 fevral, cavab görüşləri - 9/10 mart və 16/17 mart

1/4 final

İlk oyunlar - 6/7 aprel, cavab görüşləri - 13/14 aprel

Yarımfinal

İlk oyunlar - 27/28 aprel, cavab görüşləri - 4/5 may

FİNAL

29 may

Qeyd edək ki, final görüşü Türkiyənin İstanbul şəhərindəki "Atatürk" Olimpiya stadionunda keçiriləcək.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12429 səs