06/07/2020
17:20
2882
| A A A
Çempionlar Liqası ilə bağlı qərar verildi

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları Portuqaliyada keçirilməyəcək.

Goal.az xəbər verir ki, UEFA ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə razılıq verib. Rəsmi açıqlamanın iyulun 10-da veriləcəyi bildirilir.

Xatırladaq ki, Çempionlar Liqası 1/4 final mərhələsindən "səkkizlər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək.

1/8 finalda isə "Juventus" (İtaliya) - "Lyon" (Fransa), "Manchester City" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Bayern Münich" (Almaniya) - "Chelsea" (İngiltərə) və "Barcelona" (İspaniya) - "Napoli" (İtaliya) görüşləri olacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13067 səs