10/08/2020
14:46
1502
| A A A
Qarabağ-ın ikinci mərhələdəki potensial rəqibi bilindi

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Goal.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibi bəlli olub.

Ağdam təmsilçisi Şimali Makedoniyanın "Sileks" klubunu keçəcəyi təqdirdə, 2-ci təsnifat mərhələsində “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ” – “Sileks” cütünün qalibi 2-ci mərhələdəki matçını evdə keçirəcək.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin matçları 25-26 avqustda keçiriləcək. Yeni qaydalara əsasən, pley-offa qədər bütün mərhələlər bir oyundan ibarət olacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19360 səs