PSG-də ciddi itki
PSG-nin qapıçısı Keylor Navas Çempionlar Liqasının yarımfinalında Leipzig-lə oyunu buraxa bilər.
Goal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 33 yaşlı qolkiperin ÇL-in 1/4 finalında Atalanta ilə matçda zədələndiyi bildirilib. Tibbi müayinədən keçən Navasın yarımfinal görüşündə iştirakının sual altında olduğu vurğulanıb.
Qeyd edək ki, Leipzig - PSG oyunu avqustun 18-i Lissabonda keçiriləcək.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR