21/10/2020
16:29
1997
| A A A
Messidən rekord göstərici

Barcelona-nın kapitanı Lionel Messi Çempionlar Liqasında tarixi rekorda imza atıb.

Goal.az xəbər verir ki, 33 yaşlı hücumçu buna qrup mərhələsinin 1-ci turunda ötən gün keçirilən Ferentcvaros-la matçda (5:1) qol vurmaqla nail olub. 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən argentinalı oyunçu turnirin ardıcıl 16 mövsümündə (2005/06-cı illər mövsümündən bu günədək) fərqlənməyi bacaran ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Messi bu mövsüm bütün çempionatlar daxil olmaqla 5 oyuna çıxaraq, 2 qol vurub və 3 qolun ötürməsini verib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21638 səs