04/12/2020
14:44
4121
| A A A
Ronaldo qol oğurlamaqda günahlandırılır

Çempionlar Liqasının G qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən Juventus- Dinamo Kiev matçı hələ də danışılmağa davam edir.

Goal.az xəbər verir ki, sosial şəbəkələrdə Kriştiano Ronaldonun komanda yoldaşı Alvaro Moratanın qolunu oğurladığı müzakirə olunub.

Belə ki, ispan futbolçunun vuruşundan sonra tora istiqamətlənən topa Ronaldonun toxunmasına ehtiyac yox idi. Lakin 35 yaşlı ulduz topa yüngül toxunuş edərək qolu öz adına yazdırıb.

Bundan sonra azarkeşlər 2 yerə bölünüb. Onların bir hissəsinə görə, 750 qol sahibi olan portuqaliyalı futbolçu Peleyə məxsus 767 qol rekorduna çatmaq üçün bu addımı atıb.

Bir qisim azarkeş isə onun yaşadığını dejavu adlandırıb. Çünki daha əvvəl onun başına belə bir hadisə gəlib. Matçların birində Nani kiçik toxunuşu ilə məşhur oyunçunun qolunu öz adına yazdırıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24216 səs