20/01/2021
12:29
3720
| A A A
Çempionlar Liqası: 2021/22 mövsümün təqvimi açıqlandı

Çempionlar Liqasında 2021/22 mövsümünün təqvimini açıqlanıb.

Goal.az UEFA-nın qurumun rəsmi saytına istinadən xəbər verir ki, Avropanın birnömrəli klub turnirində yeni mövsümə iyunun 22-də ilkin mərhələnin yarımfinal oyunları ilə start veriləcək. 3 gün sonra bu raundun final matçı baş tutacaq.

I təsnifat mərhələsinin görüşləri 6-7 və 13-14 iyulda, II raundun matçları 20-21 və 27-28 iyulda oynanılacaq. III təsnifat mərhələsində ilk oyunlar 3-4 avqustda, cavab qarşılaşmaları 10 avqustda keçiriləcək. Pley-off mərhələsinin görüşləri isə 17-18 və 24-25 avqustda olacaq.

Çempionlar Liqasında qrup mərhələsi 14-15 sentyabrda birinci turun oyunları ilə başlayacaq.

Çempionlar Liqası

2021/22 mövsümü

2021-ci il

İlkin mərhələ

22 iyun: Yarımfinal

25 iyun: Final

I təsnifat mərhələsi

6-7 və 13-14 iyul

II təsnifat mərhələsi

20-21 və 27-28 iyul

III təsnifat mərhələsi

3-4 və 10 avqust

Pley-off mərhələsi

17-18 və 24-25 avqust

Qrup mərhələsi

I tur

14-15 sentyabr

II tur

28-29 sentyabr

III tur

19-20 oktyabr

IV tur

2-3 noyabr

V tur

23-24 noyabr

VI tur

7-8 dekabr

Pley-off

2022-ci il

1/8 final

15-16, 22-23 fevral və 8-9, 15-16 mart

1/4 final

5-6 və 12-13 aprel

Yarımfinal

26-27 aprel və 3-4 may

Final

28 may

Qeyd edək ki, Çempionlar Liqasında 2021/22 mövsümünün finalı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçiriləcək.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13575 səs