17/02/2021
11:25
2675
| A A A
Ozan Kabak Liverpool-un tarixinə keçdi

Türkiyə millisinin müdafiəçisi Ozan Kabak Liverpool klubunun heyətində UEFA Çempionlar Liqasında debüt edib.

Goal.az xəbər verir ki, Leipzig-lə səfər matçında start heyətdə meydana çıxan 20 yaşlı futbolçu ilkə imza atıb.

Ozan bir İngiltərə klubunun heyətində ÇL matçına çıxan ilk türk futbolçu kimi tarixə düşüb.

Xatırladaq ki, Liverpool Kabakı bu qış Schalke-dən satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.

ÇL-in 1/8 final mərhələsi çərçivəsində keçirilən Leipzig – Liverpool matçında qonaqlar 2:0 hesablı qələbəyə sevinib.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs