15/04/2021
15:55
1401
| A A A
İranlı futbolçu ÇL-nın tarixinə keçdi

Porto Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda səfərdə Chelsea-ni məğlub edib – 1:0.

Goal.az xəbər verir ki, sözügedən qarşılaşmada Porto-nun yeganə qolunu vuran Mehdi Taremi Çempionlar Liqasının tarixinə düşüb. Belə ki, Taremi turnirin 1/4 final mərhələsində qol vurmağı bacaran ilk iranlı futbolçu olub.

İran millisinin üzvü olan 28 yaşlı hücumçu 2020-ci ilin yayından Porto-da çıxış edir.

Chelsea- Çempionlar Liqasının 1/4 final mərhələsində Porto-nu mübarizədən kənarlaşdırıb. İlk oyunda 2:0 hesabıyla qələbə qazanan “zadəganlar”, cavab matçında minimal hesabla məğlub olsalar da, yarımfinala yüksələn tərəf olublar.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11345 səs