04/05/2021
10:00
1544
| A A A
Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gələcək.

Goal.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab matçı İngiltərədə baş tutacaq.

Burada Manchester City Fransa çempionu PSG ilə üz-üzə gələcək. İlk oyunda rəqibinə səfərdə qalib gəlmiş mançesterlilər bu üstünlüyü doğma meydanda qorumağa çalışacaqlar.

Qeyd edək ki, digər yarımfinal oyunu sabah Real Madrid ilə Chelsea arasında baş tutacaq.

UEFA Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

23:00. Manchester City – PSG

Baş hakim: Byörn Kuypers (Niderland).

Mançester. “Etihad” stadionu.

İlk oyun – 2:1.