15/06/2021
16:34
2154
| A A A
Neftçi-nin rəqibi müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

Goal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki təşkil olunan tədbirdə son Azərbaycan çempionu "Neftçi"nin də rəqibi bəlli olub. Səpələnməmişlər səbətində yer alan "ağ-qaralar" bu mərhələdə "Dinamo" (Tbilisi, Gürcüstan) ilə üz-üzə gələcək. Təmsilçimiz ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 6-7-də, cavab görüşləri 13-14-də oynanılacaq.