23/06/2021
20:29
1479
| A A A
Neftçi-nin Dinamo ilə cavab matçının da başlama saatı bilindi

Azərbaycan çempionu Neftçi-nin UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Tiflis Dinamo-suna qarşı keçirəcəyi cavab matçının vaxtı açıqlanıb.

Goal.az xəbər verir ki, iyulun 14-də 8-ci km stadionunda baş tutacaq görüşə saat 21:00-da start veriləcək. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına Dinamo Arena-da keçiriləcək. Bu oyun isə Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.