21/07/2021
10:40
1410
| A A A
Bu gün Neftçi Olympiacos-la qarşılaşır

Azərbaycan çempionu Neftçi bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq.

Goal.az xəbər verir ki, “ağ-qaralar” qitənin ən nüfuzlu klub turnirinin II təsnifat mərhələsi çərçivəsində Olympiacos-la qarşılaşacaq.

Yunanıstan çempionu ilə ilk qarşılaşma səfərdə baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı iyulun 28-də Bakıda keçiriləcək. Neftçi Olympiacos səddini keçsə, III mərhələdə Mura (Sloveniya) – Ludogorets (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. Məğlub olan komanda isə Avropa Liqasında Malmö (İsveç) - HİK (Finlandiya) cütünün məğlubu ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsinin ilk oyunu

23:00. Olympiacos - Neftçi

Baş hakim: Joao Pineyro (Portuqaliya).

Pirey. Georgios Karaiskakis stadionu.