22/07/2021
01:06
1319
| A A A
Neftçi Yunanıstandan məğlub qayıdır

Çempionlar Liqasında 2-ci mərhələnin ilk oyunlarına yekun vurulub.

Goal.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi Neftçi də növbəti matçına bu gün çıxıb. “Ağ-qaralar” Yunanıstan səfərində Olympiacos-un qonağı olub. Qarşılaşma yunanların qələbəsiylə başa çatıb.

Komandalar arasındakı cavab matçı iyulun 28-də Bakıda olacaq.

Neftçi Olympiacos səddini keçsə, 3-cü mərhələdə Mura (Sloveniya) – Ludogorets (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası, 2-ci mərhələ, ilk oyunlar

Olympiacos (Yunanıstan) – Neftçi 1:0

Qol: M.Kamara, 29.

Qırmızı vərəqə: M.Kamara, 43 – M.Çelik, 63