20/10/2021
19:44
1748
| A A A
Marselo 100-ə çatdı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu Real Madrid-in müdafiəçisi Marselo üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, Shakhtar Donetsk ilə səfər matçı braziliyalının yubiley görüşü kimi yadda qalıb.

2007-ci ildən “kral klubu”nun şərəfini qoruyan 33 yaşlı sol cinah müdafiəçisi 69-cu dəqiqədə meydana daxil olaraq Çempionlar Liqasındakı oyun sayını 100-ə çatdırıb. Bu müddətdə o, aktivinə 9 qol yazdırıb.

Bununla Marselo ÇL-də 100 oyun səddinə çatan 41-ci futbolçu olub. O, Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko ilə birlikdə 40-cı yeri bölüşür.

Shakhtar – Real oyunu ispanların 5:0 hesablı qələbəsi ilə başa çatıb.