21/10/2021
14:59
5194
| A A A
Ronaldodan növbəti rekord

Manchester United-in futbolçusu Kriştianu Ronaldu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, 36 yaşlı hücumçu buna Atalanta-ya 3:2 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur oyununda nail olub.

Portuqaliyalı forvard 81-ci dəqiqədə fərqlənməklə turnirdə 38-ci komandaya qol vurmağı bacarıb. Daha əvvəl hansısa futbolçu bu nailiyyətə imza atmayıb.