05/07/2022
23:59
2140
| A A A
Qarabağ səfərdən məğlub qayıdır

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

Goal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Qarabağ da ilk oyununa çıxıb.

Qurban Qurbanovun komandası səfərdə Polşa çempionu Lech-lə qarşılaşıb. Poznan stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab matçı isə iyulun 12-də Bakıda olacaq.

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

Lech - Qarabağ 1:0

İşak 41