08/08/2022
14:24
8195
| A A A
Qarabağ-ın kapitanı Ferencvaros-la cavab oyununu da buraxacaq

Qarabağ-ın kapitanı Maksim Medvedev Macarıstanda Ferencvaros-a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu da buraxacaq.

Goal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov səfərə yollanmamışdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

50 yaşlı mütəxəssis Medvedevin belindəki ağrılara görə matçda iştirak etməyəcəyini söyləyib. O, Türkiyəyə müalicəyə göndərilib. 33 yaşlı müdafiəçi Bakıdakı ilk qarşılaşmanı da buraxıb.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq Ferencvaros – Qarabağ görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1. (report)