09/08/2022
23:58
3895
| A A A
Qarabağ Çempionlar Liqasının pley-offuna yüksəldi

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Goal.az xəbər verir ki, Azərbaycan çempionu Qarabağ Macarıstanda Ferencvaros-la qarşılaşıb.

Bakıdakı ilk oyunda 1:1 hesabı ilə heç-heçə edən Ağdam təmsilçisi cavab görüşündə 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offda Viktoria (Çexiya) ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

Ferencvaros (Macarıstan) - Qarabağ (Azərbaycan) - 1:3

Qollar: Abdullah Zubir, 7 (0:1), İbrahima Vadji, 54 (0:2), 78 (0:3), Traore, 86 (1:3)

Baş hakim: Karlos del Serro Qrande (İspaniya)