Bu gün pley-off oyunlarına start veriləcək
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start veriləcək.
Goal.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək. Bütün görüşlər Bakı vaxtı ilə eyni saatda başlayacaq.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın Dinamo Zagreb komandası Norveçdə Bodo Glimt-in qonağı olacaq. Zədəsini sağaldan 25 yaşlı hücumçunun bu oyunda meydana çıxması gözlənilir. Emreli ötən il Polşa Legia-sının heyətində ÇL-in I təsnifat mərhələsində hazırkı rəqiblərinə 2 qol vurub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi Trabzonspor Danimarkada Kopenhagen-lə üz-üzə gələcək. Digər qarşılaşmada isə Şotlandiya Rangers-i evdə Niderlandın PSV klubunu sınağa çəkəcək. (report)