Napoli İtaliya futbolunun tarixinə düşüb
Napoli İtaliya futbolunun tarixinə düşüb.
Goal.az xəbər verir ki, Luçano Spalettinin baş məşqçi olduğu komanda buna Niderlandda Ajax-ı 6:1 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin III tur oyununda nail olub.
Neapollular qitənin bir nömrəli klub turnirində səfər matçında 6 qol vuran ilk İtaliya təmsilçisi olub. İndiyədək ölkənin heç bir kollektivi bunu bacarmayıb.
Qeyd edək ki, Napoli qrup mərhələsində keçirdiyi görüşlərin hamısında qələbə qazanıb. Komanda 9 xalla A qrupuna başçılıq edir. (report)