05/10/2022
15:09
6723
| A A A
Bayern Münich Çempionlar Liqasında yeni rekorda imza atıb

Bayern Münich UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, Münhen təmsilçisi buna evdə Çexiyanın Viktoria Plzen komandasına 5:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur matçında nail olub.

Ölkə çempionu qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırıb. Komanda son olaraq 2017-ci ildə Fransada PSG-yə 0:3 hesabı ilə uduzub.

Əvvəlki rekord isə İspaniya Real Madrid-inə məxsus olub. "Kral klubu" 2012 - 2017-ci illərdə ardıcıl 30 qrup oyununda məğlub olmayıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI