20/07/2019
13:54
1857
| A A A
Arsenal - Neftçi matçı albaniyalı hakimlərə tapşırıldı

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək Arsenal (Tula, Rusiya) – Neftçi matçının təyinatları açıqlanıb. 

Goal.az xəbər verir ki, oyun Albaniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Enea Yorqyi olacaq. Ona Ridiger Çokay və İlir Tartaray kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klaydi Kola yerinə yetirəcək. UEFA nümayəndəsi Sergey İliç (Belarus), hakim-inspektor isə Pavel Saliy (Qazaxıstan) olacaq.

Qeyd edək ki, iyulun 25-də Arsenal mərkəzi stadionunda keçiriləcək Arsenal – Neftçi oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27578 səs