14/08/2019
10:12
546
| A A A
Bu gün AL-ın pley-off mərhələsinə daha 3 vəsiqənin sahibi məlum olacaq

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin daha 3 cavab görüşü keçiriləcək.

Goal.az-ın məlumatına görə, eyni saatda start götürəcək oyunlardan 2-si formal xarakter daşıya bilər. Gürcüstan "Saburtalo"su ilk görüşdə "Ararat"ı Ermənistanda 2:1, Portuqaliya "Vitoriya"sı isə Latviyada "Ventspils"i 3:0 hesabı ilə yendiyi üçün ciddi üstünlüyə malikdir. Elə Polşada "Legiya" ilə qolsuz heç-heçə etmiş Yunanıstan "Atromitos"unun mərhələ adlaması da daha real görünür.

14 avqust

Avropa Liqası

III təsnifat mərhələsi, cavab görüşləri

20:00. "Saburtalo" (Gürcüstan) - "Ararat" (Ermənistan)

İlk oyun - 2:1

20:00. "Vitoriya" (Gimaraynş, Portuqaliya) - "Ventspils" (Latviya)

İlk oyun - 3:0

20:00. "Atromitos" (Yunanıstan) - "Legiya" (Polşa)

İlk oyun - 0:0.

Qeyd edək ki, Avropa Liqasında "pley-off"a yüksələn ilk 3 komanda bu gecə müəyyənləşib. Qalan 30 oyun avqustun 15-də keçiriləcək. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27580 səs