16/12/2019
13:35
2819
| A A A
Avropa Liqasında 1/16 final cütlükləri müəyyənləşir

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.

Goal.az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Avropa Liqasının qruplarından ilk iki yerin sahibi və Çempionlar Liqasında qrup üçüncüləri kimi mərhələ adlamış 32 komanda 2 səbətə bölünəcək. Səpələnmişlər səbətində Avropa Liqasında 12 qrupun qalibləri, eləcə də Çempionlar Liqasında qrup üçüncüsü olmuş komandalardan ən yüksək reytinqli 4 komanda yer alacaq. Türkiyənin yeganə təmsilçisi Başakşehir də güclülər arasında - səpələnmişlər səbətindədir.

Səpələnmişlər: Ajax (Hollandiya), Arsenal (İngiltərə), Basel (İsveçrə), Benfica (Portuqaliya), Braga (Portuqaliya), Celtic (Şotlandiya), Espanyol (İspaniya), Gent (Belçika), İnter (İtaliya), Başakşehir (Türkiyə), LASK (Avstriya), Malmö (İsveç), Manchester United (İngiltərə), Porto (Portuqaliya), Salzburg (Avstriya), Sevilla (İspaniya)

Səpələnməmişlər: APOEL (Kipr), AZ Alkmaar (Hollandiya), Bayer Leverkusen, (Almaniya), CFR (Rumıniya), Brügge (Belçika), Kopenhagen (Danimarka), Eintracht Frankfurt (Almaniya), Getafe (İspaniya), Lüdogorets (Bolqarıstan), Olympiacos (Yunanıstan), Rangers (Şotlandiya), Roma (İtaliya), Shakhtar (Ukrayna), Sporting (Portuqaliya), Wolfsburg (Almaniya), Wolverhampton (İngiltərə)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları gələn il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12413 səs