28/03/2020
13:44
2035
| A A A
UEFA Ajax-ı cəzalandırdı

UEFA Ajax-ı cəzalandırıb.

Goal.az xəbər verir ki, buna səbəb Amsterdam təmsilçisinin fanatlarının Avropa Liqasının 1/16 final mərhələsinin Getafe ilə İspaniyadakı ilk matçında qeyri-etik davranışları olub. UEFA Ajax-a 53 min 250 avro pul cəriməsi tətbiq edib.

Ajax azarkeşləri komandalarının 0:2 hesabıyla məğlub olduğu oyunda meydana yad əşyalar atıb, tribunanın oturacaqlarını sındırıb.

Ajax rəsmi saytı vasitəsilə bu cəzanın veilməsində məsuliyyət daşıyan fanatları müəyyən edib, onlara qarşı müvafiq prosedurlara başlayacaqlarını bildirib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5449 səs