02/03/2021
12:55
1167
| A A A
UEFA Avropa Liqasında ev oyunlarının yerini dəyişdirdi

UEFA Avropa Liqasının 1/8 final mərhələsində üz-üzə gələcək İngiltərənin Tottenham və Xorvatiyanın Dinamo Zagreb klublarının ev oyunlarının yerini dəyişib.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilk görüş Londonda, cavab matçı isə Zaqrebdə keçiriləcək.

UEFA daha əvvəl birinci qarşılaşmanın Xorvatiyanın paytaxtında olacağını açıqlamışdı.

Qeyd edək ki, oyunlar 11 - 18 martda gerçəkləşəcək.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13776 səs