21/10/2021
10:40
2871
| A A A
Qarabağ Konfrans Liqasında növbəti matçını keçirir

Qarabağ bu gün Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Goal.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin 3-cü turunda Qazaxıstan Kairat-ını qəbul edəcək.

4 xalla qrup lideri olan Qurban Qurbanovun komandası qələbə əzmindədir.

Qrupun digər oyununda Omonia Basel-in qonağı olacaq.

Qeyd edək ki, Qarabağ 4-cü turda da Kairat-la qarşılaşacaq. Görüş noyabrın 4-də Qazaxıstanda olacaq.

Konfrans Liqası

H qrupu, 3-cü tur

20:45. Qarabağ (Azərbaycan) – Kairat (Qazaxıstan)

Baş hakim: Yevgeni Aranovski (Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu