22/04/2021
22:35
2701
| A A A
Avropa Super Liqasına qoşulan İtaliya klubları cəzalanacaq?

İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina Avropa Super Liqası layihəsinə qoşulan klublarla bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, yerli mətbuata danışan Qravina, Juventus, İİnter və Milan-ın cəzalandırılmayacağını bildirib:

“Biz futbolun dəyərlərini müdafiə etdik. Artıq hər şey normallaşıb. Lakin bu cür hadisələrin qarşısına almaq üçün təkliflərə ehtiyac var.

Super Liqaya qoşulan Juventus, Milan və İnter klublarının rəhbərləri ilə xüsusi görüşüm olmayacaq. Sanksiyalar? Xeyr, reallaşmayan bir fikir sanksiyaya məruz qalmır. Gələcəkdə qanunlara zidd olan nəsə olsa, onda məsələ ədliyyə orqanları tərəfindən araşdırılacaq”.

Futbol ictimaiyyətinin narazılığından və UEFA-nın təzyiqlərindən sonra İspaniyanın Real və Barcelona klubundan başqa, digər bütün iştirakçılar Avropa Super Liqası layihəsindən çıxdıqlarını açıqlayıblar.(matc)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11266 səs