22/04/2021
13:57
2288
| A A A
”Avropa Super Liqası hələlik baş tutmayacaq”

Avropa Super Liqasının vitse-prezidenti Andrea Anyelli açıqlama verib.

Goal.az xəbər verir ki, BBC-yə danışan Anyelli, turnirin baş tutacağını düşünmədiyini deyib:

“Hələ də bu layihənin gözəlliyinə və futbol sisteminə fayda gətirəcəyinə əminəm. Bu turnir dünyanın ən yaxşısı ola bilərdi. Ancaq indi görünən odur ki, Avropa Super Liqası hələlik baş tutmayacaq”.

Juventus klubunun prezidenti olan Anyelli Avropa Super Liqasının vitse-prezidenti idi. Anyellinin Turin klubundakı vəzifəsindən istefa verdiyi iddia olunur.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11269 səs