22/04/2021
14:53
2303
| A A A
Beşiktaş-da ciddi itki

Beşiktaş klubu ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Super Liqa təmsilçisinin hücumçusu Vensan Abubakar sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Abubakar Türkiyə Super Liqasının 35-ci turunun Sivasspor-la səfər matçında (0:0) zədələnib. Beşiktaş-ın baş məşqçisi Sərgən Yalçın hücumçunun zədə səbəbindən mövsümün qalan hissəsini buraxa biləcəyini deyib.

Beşiktaş Super Liqada 73 xalla liderdir.

Abubakar bu mövsüm Super Liqada 26 oyunda 15 qol vurub.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11287 səs