Borussia Dortmund-dan rekord transfer
Borussia Dortmund heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, Dortmund təmsilçisi Ajax-dan Sebastyen Halleri transfer edib.
28 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.
Bundesliqa klubu təcrübəli oyunçu üçün 35 milyon avro təzminat ödəyib ki, bu da klubun tarixində ən bahalı transferdir.
Qeyd edək ki, Haller ötən mövsüm 42 oyunda 34 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.