29/08/2019
22:01
4262
| A A A
Van Dayk ilin ən yaxşı futbolçusu seçildi

Avropada ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, bu ada İngiltərənin Liverpool klubunun müdafiəçisi Vircil van Dayk yiyələnib.

O, Barcelona-nın argentinalı futbolçusu Lionel Messi və Juventus-un hücumçusu Kristiano Ronaldonu üstələyib. Cənubi amerikalı Çempionlar Liqasının qrup mərhələsinin bu gün keçirilən püşkatmasında təltif olunub.

Qeyd edək ki, Alisson Bekker qapıçı, Vircil van Dayk müdafiəçi, Frenki de Yonq yarımmüdafiəçi, Lionel Messi hücumçu kimi 2018/19 mövsümünün ən yaxşısı adına layıq görülüblər. İlin ən yaxşı qadın futbolçusu isə Lusi Bronz seçilib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33528 səs