03/09/2019
17:40
4038
| A A A
Qəbələ-nin rəqibi müəyyənləşdi

UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk mərhələsinin püşkü atılıb.

Goal.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi qismində turnirə vəsiqə qazanan “Qəbələ”nin U-19 komandasının da rəqibi müəyyənləşib. Əyalət təmsilçisi 1-ci mərhələdə APOEL-lə (Kipr) qarşılaşacaq. Azərbaycan çempionu ilk oyunu evdə keçirəcək.

Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 23 oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda olacaq.

Bu cütün qalibi II mərhələdə “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) qarşılaşmasının güclüsü ilə qarşılaşacaq. Bu raundun görüşləri noyabrın 6-da və 27-də olacaq. “Qırmızı-qaralar” ilk turu keçsə, ikinci raunda səfərdə başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39988 səs