02/10/2019
11:23
2528
| A A A
Atletico-nun rekordçusu, Real-ın ən pis startı, ingilislərin qara günü...

Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.

Goal.az xəbər verir ki, ilk gündə 8 görüş baş tutub.

Keçirilən oyunlar bir sıra maraqlı statistik göstəricilərlə yadda qalıb...

- Bayer-lə qarşılaşmada son nöqtəni qoyan Juventus-un hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında qollarının sayını 127-yə çatdırıb. O, bunun 15-ni Manchester United-də, 105-ni Real-da, 7-ni isə Juventus-da vurub. Portuqaliyalının ən yaxın izləyicisi Lionel Messinin aktivində 112 top var.

- Çempionlar Liqasında 102-ci qələbəsinə sevinən Ronaldo bu baxımdan rekordu ələ keçirib. O, Porto-nun qapıçısı İker Kasilyasa məxsus rekordu (101 qələbə) yeniləyib. 3-cü pillədə sabiq Barcelona-lı Xavi (91 qələbə) qərarlaşır.

- Manchester City bu mövsüm bütün turnirlər daxil ardıcıl 5-ci qələbəsini qazanıb. "Şəhərlilər" bu matçlarda 19 qol vurub, cəmi 1 dəfə mərkəzə dəvət edilib.

- Bayern Münich önündə darmadağın olan Tottenham ilk dəfə öz meydanında 7 top buraxıb. Ümumiyyətlə, bu, ingilis klublarının avrokuboklarda ən böyükhesablı ev məğlubiyyəti olub.

- Mövsümə əla start götürən Bayern-in hücumçusu Robert Levandovski bütün turnirlərdə meydana çıxdığı 9 görüşdə 14 qola imza atıb.

- Manchester City-nin yarımmüdafiəçisi Rahim Sterlinq isə 10 oyununda 9-cu qolunu vurub.

- Yayda İnter-dən icarəyə götürülən Mauro İkardi PSG-nin heyətində "siftə"ni Galatasaray-la səfər qarşılaşmasında edib.

- Lokomotiv-lə Rusiyadakı görüşdə hesabı açan Atletico-nun yarımmüdafiəçisi Joao Feliks Çempionlar Liqasında "siftə" edib. 19 yaşlı portuqaliyalı Atletico-nun heyətində ÇL-də fərqlənən ən gənc futbolçu kimi tarixə düşüb. O, 2008-ci ildə 20 yaşında fərqlənən Serxio Aqueronun rekordunu yeniləyib.

- Tottenham-in yarımmüdafiəçisi Son Min-Hon Bayern ilə görüşdə fərqlənərək, Çempionlar Liqasında 2019-cu ildə 5-ci qoluna imza atıb. Koreyalı oyunçu bu baxımdan yalnız Barcelona-nın kapitanı Lionel Messidən (6 qol) geri qalır.

- PSG-yə məğlubiyyətdən sonra Brügge ilə bərabərə qalan Real tarixində ilk dəfə ÇL-in ilk iki matçında qələbə qazana bilməyib.

- Real 2006-cı ilin dekabrından bəri ilk dəfə ən nüfuzlu klub turnirində 2 top fərqi ilə geri düşüb. Komanda həmin vaxt da Kiyev "Dinamo"su ilə heç-heçə etmişdi - 2:2.

(matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37236 səs